29 may 2019 - 07:45
İranda Qədr gecəsi mərasimləri

Qədr gecəsi olduğu güman edilən Ramazan ayının 23-cü gecəsində İranda müxtəlif təbəqədən olan insanların iştirakı ilə "əhya" mərasimləri keçirilib.

(ABNA24.com) Qədr gecəsi olduğu güman edilən Ramazan ayının 23-cü gecəsində İranda müxtəlif təbəqədən olan insanların iştirakı ilə "əhya" mərasimləri keçirilib.

Mübarək Ramazan ayının 23-cü gecəsində İranın hər bir yerində məscidlər, hüseyniyələr, imamzadələr və digər dini məkanlar əhya saxlamaq üçün axın edən insanların şahidi olub.

Qədr gecəsi olduğu güman edilən gecələrdən biri kimi Ramazan ayının 23-cü gecəsində insanlar namaz qılmaq və dua etməklə bu gecənin fəzilətindən faydalanmağa çalışıblar.

Həmçinin, bu gecədə mədhiyyəçilər İmam Əlinin(ə) şənində mərsiyələr oxuyublar.

İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində də İmam Rzanın(ə) məqbərəsi əhya gecəsini qeyd etmək üçün gələn çoxsaylı zəvvarların şahidi olub.

Qum şəhərində , xanım Məsumənin(ə) məqbərəsi  habelə, Şiraz şəhərində Əhməd bin Musa Şahçıraq(ə) məqbərəsi də oxşar atmosferə malik olub.

Ramazan ayının 19, 21 və 23-cü gecələrinin Qədr gecəsinə təsadüf etdiyi deyilir. Və müsəlmanlar Qədr gecəsində gecəni oyaq qalaraq, dua etməklə məşğul olarlar.

Quran-Kərimdə Qədr gecəsinin 1000 aydan daha fəzilətli olduğu deyilir. Bu gecə insanın bir illik taleyinin müəyyən olunduğu gecədir.

İran İslam Respublikasının Teleradio Təşkilatı mübarək Ramazan ayında bütün müsəlmanların ibadətlərinin qəbul olunmasını arzu edir.




/129