(ABNA24.com) ABŞ-ın Suriya hökumətinin kimyəvi silahlardan istifadəsinə dair iddiasının ardınca London insan haqları mərkəzi bu məsələyə etiraz etdi.
Mərkəzi ofisi Londonda yerləşən Suriya İnsan Haqları Mərkəzinin sədri Rami Əbdürrəhman Fransa xəbər agentliyi ilə müsahibədə araşdırmalara əsasən Suriya ordusunun kimyəvi silahdan istifadə etməsinə dair heç bir faktın olmadığını dedi.
Bundan öncə ABŞ Dövlət Departamenti Suriya hökumətinin ötən günlərdə kimyəvi silahdan istifadə etdyini iddia etmişdi.
Vaşinqtonun bu iddiası ilə ahəngdar olaraq bəzi terrorçu qruplar və terrorçu medialar Suriya ordusunun Lataiyanın ətrafında yerləşən Kəbani məntəqəsində kimyəvi silahdan istifadə etdiyini iddia ediblər.
Suriyanın Xarici İşlər Nazirliyi bu iddiaları təkzib edərək, Kimyəvi Silahlara Qadağa Təşkilatının Suriyadakı kimyəvi silahları tamamilə məhv etdiyini bildirib.
/129
25 may 2019 - 09:08
Xəbər kodu: 943989

ABŞ-ın Suriya hökumətinin kimyəvi silahlardan istifadəsinə dair iddiasının ardınca London insan haqları mərkəzi bu məsələyə etiraz etdi.