20 may 2019 - 05:32
Ruhani: İranlılar heç vaxt düşmənin zorakılıqları qarşısında təslim olmayıblar

İran İslam Respublikası prezidenti şənbə günü axşam iranlıların heç vaxt düşmənin zorakılıqları qarşısında təslim olmayacaqlarını söyləyərək, dedi: İran xalqı müzakirə və məntiqin tərəfdarıdır. Amma, İranı müzakirə masasına çəkdiyini deyən tərəfin iddiası, əsassızdır.

(ABNA24.com) İran İslam Respublikası prezidenti şənbə günü axşam iranlıların heç vaxt düşmənin zorakılıqları qarşısında təslim olmayacaqlarını söyləyərək, dedi: İran xalqı müzakirə və məntiqin tərəfdarıdır. Amma, İranı müzakirə masasına çəkdiyini deyən tərəfin iddiası, əsassızdır.

Prezident Administrasiyasının internet portalının bildirdiyinə görə, Həsən Ruhani İranın mədəniyyət və incəsənət xadimləri ilə görüşdə dedi: İranlılar, dünyanın bütün qüdrətləri bir-birinin arxasında dayansa belə, belə bir müzakirəyə hazır deyillər.

İran prezidenti bu gün dünyada 3-4 ölkə və sionist rejimdən başqa ABŞ-ın sözünü təsdiq edəcək heç bir ölkənin olmadığını söyləyərək. dedi: İran xalqı düşməni məğlub edəcək və bu qətidir.

İran prezidenti bundan öncə də iranlıların heç vaxt təcavüzkar və zorakılar qarşısında boyun əymədiyini və bundan sonra da əyməyəcəyini söyləyərək, iranlıların iradələrin mübarizəsində ABŞ-ı məğlub edəcəklərini demişdi.

ABŞ prezidenti Donald Tramp çərşənbə günü İran İslam Respublikasının tezliklə ABŞ ilə müzakirələrə başlayacağını iddia etdi.

ABŞ prezidenti bundan öncə də dəfələrlə İran rəsmilərinin yeni bir anlaşma üçün onunla əlaqə saxlayacaqlarını demişdi.

İslam İnqilabının Böyük Rəhbəri isə çərşənbə axşamı quruluşun məsul şəxsləri ilə görüşdə ABŞ-ın müzakirənin olmayacağını vurğuladı.




/129