Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əli Abdullahi deyib ki, ABŞ-ın gücünün zirvəsi dənizdədir, lakin İran onları bu sahədə geri çəkilməyə məcbur edib.
Onun sözlərinə görə, İran dəniz məkanında düşməni xeyli dərinliklərə qədər geri çəkməyi bacarıb və Allahın lütfü ilə amerikalıları regiondan Cənub qütbünə qədər geri çəkəcək.
Abdullahi bildirib ki, ABŞ təyyarədaşıyan gəmilər, esmineslər və digər döyüş gəmiləri sayəsində dünyanın istənilən nöqtəsinə çata bilir və yer kürəsinin dörddə üçünü təşkil edən sularda mövcudluğu ilə hər kəsi təhdid edir.
O əlavə edib ki, İran hava vasitələrinə qarşı mübarizədə və dəniz təchizatı sahəsində də ciddi nailiyyətlər əldə edib.
General-mayor vurğulayıb ki, müharibələrdə əsas amil hərbi texnika və silah-sursat deyil, milli iradə, xalqın və Silahlı Qüvvələrin iradəsi, komandirlərin qətiyyəti və Allaha imandır.
O deyib ki, ABŞ, İsrail rejimi və Qərb İran İslam Respublikasının reallıqlarını dərk etməyib və qələbənin yalnız hərbi texnika ilə əldə olunduğunu düşünür.
Abdullahi həmçinin bildirib ki, İran şəhidlərin qisasını düşməndən mütləq alacaq və bu qələbə davam edəcək.
Sizin rəyiniz