19 may 2019 - 07:34
Mosulda partlayış; 2 nəfər xəsarət aldı

Mosul şəhərində bomba quraşdırılmış bir motorsikletin partladılması nəticəsində 2 nəfər xəsarət alıb.

(ABNA24.com) Mosul şəhərində bomba quraşdırılmış bir motorsikletin partladılması nəticəsində 2 nəfər xəsarət alıb.

İRİB-nin bildirdiyinə görə, bu motorsiklet bazar günü axşam Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin qərbində yerləşən Əd-Dəvasə məntəqəsində partladılıb.

May ayının əvvəllərində də Mosul şəhərində oxşar terror aktı törədilmişdi. O zaman da partlayış nəticəsində 2 nəfər yaralanmışdı.

İŞİD terror qruplaşmasının İraqda məğlubiyyətə uğramasına baxmayaraq, bu terror qruplaşmasının qalıqları ölkənin müxtəlif məntəqələrində pərakəndə şəkildə terror aktları törətməkdə davam edirlər.





/129