Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqda Hadi Əl-Amirinin rəhbərliyindəki Fəth Koalisiyası İraqın baş naziri Adil Əbdülmehdinin bəzi siyasi cinahların istəyi ilə hakimiyyətdən getməyəcəyini açıqlayıb.
Məlumata görə, Fəth Koalisiyasının üzvü Əbdüləmir Taiban iraqlı siyasi qanadların Amerika və regiondakı müttəfiqlərinin yolu ilə getməməli olduğunu bildirib.
Taiban Bağdad Əl-Youm saytına verdiyi açıqlamasında, Amerika və regiondakı bəzi müttəfiqlərinin İraqda baş naziri vəzifədən götürərək, İraqı yeni siyasi böhrana sürükləməyi düşündüklərini, lakin İraqın siyasi qanadlarının bu hərəkətə qarşı çıxmalı olduğunu vurğulayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır