Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının prezidenti Höccətül İslam Həsən Ruhani nazirlər kabinetinin iclasında ABŞ-ın İran İslam Respublikasına qarşı yürütdüyü fitnələrində davamlı məğlubiyyətlərə məruz qaldığına toxunaraq, əlavə edib: "Bu gün ABŞ ilə İran İslam Respublikası arasında gedən mübarizə maksimum həddinə çatır, yəni Amerika maksimum bacarığından İran xalqına qarşı istifadə edir və İran xalqı da maksimum iradə, ümid və etimadından bəhrələnir."
O, daha sonra əlavə edib: "Bu gün elə bir şəraitdəyik ki, iradələr savaşı öz nəticəsini göstərir və biz böyük İran xalqının iradəsinin qalib gələcəyinə heç bir tərəddüd etmirik."
Prezident Ruhani belə qeyd edib: "Amerikalılar Varşava konfransında da məğlubiyyətə uğradılar. Onlar öncədən bildirdilər ki, bu konfrans İrana qarşıdır, lakin təzyiqlərin göstərilməsindən sonra iclasdan öncə bunu deməyə məcbur oldular ki; “bizim mövzumuz İran deyil və biz sülh, təhlükəsizlik və kütləvi qırğın silahları barədə danışmaq və bəhs etmək istəyirik”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır