Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani ABŞ-ın Suriyadan çıxması barədə qərarına toxunaraq, ABŞ-ın Suriyadan qaçdığını bildirib.
Ayətullah Sadiq Amuli Laricani bu gün (25 dekabr) məhkəmə iclasında çıxış edərək belə deyib: “ABŞ İŞİD-i məğlub etdiyini iddia edib Suriyadan çıxdığını bildirsə də, dünya Suriya xalqının qələbəsi və İŞİD-in məğlubiyyətinin təkcə Suriya xalqı və hökumətinin müqaviməti və İranın bu müqavimət cəbhəsinə köməyi ilə baş verdiyini bilir”.
Ayətullah Amuli Laricani Suriya xalqının müqaviməti və səbirinin ABŞ-ı Suriyadan çıxardığını söyləyib.
Ayətullah Amuli Laricani sözlərinin davamında yaxınlaşmaqda olan İslam inqilabının qələbəsinin 40-cı ildönümünə işarə edərək, ABŞ başda olmaqla İran düşmənlərin bu İslam nizamını çökdürmək üçün 40 il çalışdığını, ancaq müvəffəqiyyətsiz olduğuqlarını söyləyib.
İranın Məhkəmə Hakimiyyətinin sədri İranın düşmənlərin bütün hiylələrinə baxmayaraq, bəsirətli xalqının köməyi ilə hər zamankından daha güclü şəkildə regionda parladığını qeyd edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır