Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi- İnsan insanlıq müstəvisində durmadan geriyə hərəkət etdiyi bir vaxtda, Peyğəmbərimiz (s) özü ilə qəlbində İslamı gətirmişdi.
Peyğəmbərimiz (s) bizi başa salırdı ki, insan həyatının bütün sahələrində, istər fərdi olsun,i stərsə də ictimai – ona aid olan xüsusi isdedadı ilə hərəkət etməlidir. İnsan azadədir və bu azadəliyinin əsasında onun necə gəldi deyil, seçimli və iradəvi yaşaması durur.
Peyğəmbərimizin (s) köməyi ilə insanlar bir vücudi oyanış yaşadılar.
Təəssüf ki, Peyğəmbərimizin (s) dediklərini hamı qəbul edə bilmədi və elə ki, o Həzrət (s) dünyasını dəyişdi, ona qarşı olanlar – hansılar ki, əslində Allaha qarşı idilər, çünki Peyğəmbər (s) insanlara Allahın buyurduqlarını çatdırırdı – geniş fəaliyyət imkanı əldə etdilər.
İş o yerə gəlib çatdı ki, din, iman aradan getməyə başladı. O vücudi oyanış və hərəkətlənmə ki, Peyğəmbər (s) insanlarda yaratmışdı, tamamilə yox olmaq təhlükəsi ilə üzləşdi.
İmam Hüseyn (ə) bu təhlükəni dəf etmək üçün ayağa qalxdı və məsləkdaşları, ailə üzvləri ilə birlikdə Kərbəlada şəhid oldu.
Kərbəlada yaşananlar hesabına İslam dini aradan getmədi, əksinə, dirçəldi.
O din ki, insanı hər cür varlıqdan əziz və şərafətli bilirdi, insanın azadəliyini əsas bilirdi, insanın onun üçün nəzərdə tutulmuş fitri təyinatı üzrə yetişməsini istəyirdi, insanın insan kimi yetişməsini istəyirdi – bu dində İmam Hüseynin (ə) şəhid olması ilə yeni bir hərəkətlənmə, vücudi oyanış yaşandı.
Növbəti belə bir hərəkətlənmə İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü yaşandı desək, yanılmarıq.
Həmin gün – Ərbəin günü (bu, ərəbcə 40 deməkdir) Peyğəmbərimizin (s) sadiq səhabəsi olan Cabir ibn Abdullah Ənsari İmam Hüseynin (ə) müqəddəs qəbini ziyarətə gəldi.
Cabirin gözləri görmürdü, onunla Mədinədən bura səfər etmiş, onu müşayiət etmiş Ətiyyə (Cabir ibn Ənsarinin yaxınlarından olan şəxs) nəql edir ki, "O zaman ki, Kərbəlaya yetişdik, Cabir Fərat çayının kənarına getdi və qüsl aldı. Sonra libasını geyindi və ətir vurdu. Sonra hər addımında zikr deyə-deyə, İmam Hüseynin (ə) qəbrinə tərəf getdi. O zaman ki, İmam Hüseynin (ə) qəbrinin kənarına çatdıq, mənə söylədi: "Əlimi pak qəbrin üzərinə qoy".
Mən belə də etdim. Bu anda gördüm ki, Cabir qəşş etdi və qəbrin üzərinə yıxıldı. Bir az üzərinə su vurdum. O vaxt ki, Cabir özünə gəldi, 3 dəfə "Ya Hüseyn! " dedi”.
Cabirin etdiyi bu səfər – ilk Ərbəin səfəri idi.
Cabirin bu ziyarəti onun İmam Hüseynə (ə) olam böyük ehtiramı və hörməti idi. İmam Hüseynin (ə) uğrunda şəhid olduğu dəyərlərə olan sədaqəti və itaəti idi.
İnsanın ilahi müstəvidən kənar mövcud ola bilməməsinə dair bir hərarətli mesajı idi.
Çox təsirli idi.
Ona görə ki, ziyarətinin niyyəti düzgün idi. Allah üçün edilmişdi. Allah üçün edildiyiindən belə təsir və qüvvəyə malik olmuşdu. Həmin təsirdəndir ki, hicrətin 61-ci ili səfər ayının 20-dən bu günədək İmam Hüseynin (ə) ziyarətinə insanlar axışmışdır.
Tarixin bəzi dönəmlərində İmam Hüseyni (ə) ziyarət etmək yasaq olmuşdu, amma insanlar həyatlarını itirmək təhlükəsi ilə üşləşsələr belə, bu ziyarəti tərk etməmişdilər.
İndi hər il milyonlarla insan İmam Hüseynin (ə) ziyarətinə tələsir. Hər bir işini kənara qoyur və Kərbəlaya axışır. Dünyanın ən böyük sülhməramlı toplantısı adlandırırlar "Ərbəin"i bəzən.
Bu qədər insanı Kərbəlaya gəlməyə nə vadar edir?
Əlbəttə, o fitri axtarışları ki, vücudi oyanışla bağlıdır.
O hərəkətlənməyə insanlar bir ehtiyac duyur.
Sevimli İmamı (ə) ilə bir yerdə olmaq, onun mübarək vücucundan bəhrələnmək, fərdi və ictimai yaşayıçları üçün mesajlar almaq üçün bura gəlirlər.
İnsan olmaq. İmam Hüseynin (ə) insanlıq məktəbindən pay almaq və həyatlarına köçürmək, İmam Hüseynin (ə) izzətli ruhundan şərəf tapıb, Allaha yaxın ola bilmək istəyir insanlar.
O məhəbbət ki, İmam (ə) Allaha nümayiş etdirmişdi, onunla həmrəy olmaq istəyir insanlar.
Çoxları Kərbəlada olmaq istəyərdi o an İmam Hüseynlə (ə).
Bu gün bu ziyarəti ilə sanki Cabiri təkrarlayır və bunu etdiklərini bildirirlər.
Allahdan bu il Ərbəin zəvvarlarına bərəkətli səfər arzu edirəm və fərdi və ictimai həyatlarında hüseyni mesajları daşıya bilmək və bizlərə çatdırmağı diləyirəm ki, bu, növbəti Ərəbinə qədər Allaha doğru səfərimizdə bizə kifayət etsin.
Ülviyyə Bədəl
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır