Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, dünyanın dörd bir tərəfində işğalçı əskərlərini yerləşdirən ABŞ-ın dövlət katibi Reks Tillerson olduqca gülməli və həyasız bir açıqlama verib.
Belə ki, o Yaxın Şərqdə sionist israil rejiminin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün İİR başda olmaqla Şiə qüvvələrinin İraqdan getməsini zəruri sayarab bildirib: "İrandan gələn döyüşçülər və digər silahlı qruplar artıq evlərinə geri qayıtsınlar. Çünki İŞİD İraqdan təmizlənib".
İraq hökumətinin Baş naziri Heydər əl-İbadi Tillersonun bəyanatına dərhal reaksiya göstərib. O, İraqın daxili işlərinə başqalarının qarışmamasını tələb edib.
"Heç kəsin İraqın daxili işlərinə müdaxilə etmək haqqı yoxdur. Kimin gedib, kimin getməyəcəyinə ancaq biz özümüz qərar verərik" – deyə cənab Əl İbadi vurğulayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır