Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - İranın 2000 km mənzilli yeni ballistik raketi uğurla sınaqdan keçirildi. Beləliklə İranın , 2000 km məsafəyə atıla bilən ballistik raketlərinin növü 3-ə yüksəldi.
İran İslam Respublikasının Silahlı Qüvvələr Paradında İranın "Xürrəmşəhr" adlı yeni ballistik raketi sərgiləndi. General Hacızadə'nin verdiyi məlumata görə; Raketin uçuş məsafəsi 2000 km-dir.
Artıq İran İslam Respublikasının silahlı qüvvləri 2000 km-dən müxtəlif noqtələri hədəfə ala biləcək.
İran İslam Respublikası, 2000 km-ə yaxın yeni ballistik raketi ilə Sionist rejimi, xüsusilə də işğal olunmuş ərazilərdə təbii qaz obyektlərini və digər strateji hədəflərini asanlıqla məhv edə biləcək.
Qeyd edək ki, İranın digər orta səviyyəli raketləri; Qədr-Ç və S, Şahab-3 və İmad sionist rejiminə aid hədəfləri asanlıqla vurmaq qabiliyyətinə sahibdir.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!