23 sentyabr 2017 - 16:44
7 yaşlı qızın Qatili Meydanda asıldı

O yoxa çıxan gün atası yanında idi. Qızcığazı tapmaqda çətinlik çəkən ailə polisi məlumatlandırıb. İran polisi xüsusi bir qrup təşkil edərək 20 günlük axtarışdan sonra günahsız qızın cəsədini şübhəlinin evinin həyətindən tapıb.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Ramazan ayında, Atna Aslani adlı bir qızın itgin düşməsi İranda ictimai narahatlıqa səbəb olmuşdur. İranlılar Atnanı tapmaq üçün səfərbər oldular, on minlərlə insan bu xəbərli paylaşaraq Atnanın ailəsinə kömək etməyə çalışdılar

Atnanın atası zəhmətiylə ailəsinin ehtiyaclarını qarşılayan yoxsul bir adamdır. Atna da atasına kömək edən bir qız idi.

O yoxa çıxan gün atası yanında idi. Qızcığazı tapmaqda çətinlik çəkən ailə polisi məlumatlandırıb. İran polisi xüsusi bir qrup təşkil edərək 20 günlük axtarışdan sonra günahsız qızın cəsədini şübhəlinin evinin həyətindən tapıb.

Cinayəti qəbul edən şübhəli, günahsız qızcığaza təcavüz etdiyinidə etiraf edib. İranın yüksək məhkəməsi tərəfindən edam edilməyə məhkum edilmiş qatil, insanlarır gözləri qarşısında şəhərin mərkəzi meydanında asıldı.

Qeyd edək ki qatil "Parsabad şeytanı" deyə tanınırmış.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Etiketlər