Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının İslam Keşikçiləri Korpusunun Qüds qanadının əfsanəvi Generalı Hacı Qasim Süleymani, İraq Kürdüstanına gedib.
Onun İraq Regional Kürd Rəhbərliyi (IKBY) lideri Bərzani ilə görüşü planlaşdırılır.
O, səfəri çərçivəsində Kürdüstan Regional Rəhbərliyinin sədri Məsud Bərzani ilə görüşəcək.
Xatırladaq ki, İraq Kürdüstan Regional Hökumətinin başçısı Məsud Bərzani 7 iyulda siyasi partiyalarla həyata keçirdiyi iclasdan sonra sentyabrın 25-də müstəqillik referendumunun keçiriləcəyini elan etmişdi.
İraqın baş naziri Heydər Abadi isə Bərzaninin referendum elanından sonra verdiyi açıqlamada bunun Konstitusiyaya zidd olduğunu bildirərək, nəticələri tanımayacaqlarını elan etmişdi.
Yeri gəlmişkən qeyd edək ki, bu gün İsrail növbəti dəfə Kürdlərin İraqdan ayrılması referendumunu dəstəklədiyini bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır