29 avqust 2017 - 14:46
Zülfüqar Mikayılzadə, Elman Ağayev cə Cavid Məmmədov işi üzrә Avropa Mәhkәmәsi kommunikasiya başlayacaq

Vəkil Cavad Cavadov: “Cavid Məmmədov; Zülfüqar Mikayılov; Elman Ağayev. Sonuncu iki şəxs Nardaran işi ilə bağlı həbs olunub və onların şikayətləri bir il öncə Avropa Məhkəməsinə göndərilib.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Avropa İnsan Hüquqları Məhkəməsi bu ilin sentyabrında dörd iş üzrə kommunikasiyaya başlayacaq. Həmin işlərdən üç iş vəkil Cavad Cavadovun müdafiə etdiyi tanınmış Şiə Ruhanilərinin işidir.

Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib: “Cavid Məmmədov; Zülfüqar Mikayılov; Elman Ağayev. Sonuncu iki şəxs Nardaran işi ilə bağlı həbs olunub və onların şikayətləri bir il öncə Avropa Məhkəməsinə göndərilib.”

Qeyd edək ki, İlahiyyatçı Cavid Məmmədov 20 oktyabr 2012-ci ildə həbs olunub. O qanunsuz silah və dini ədəbiyyat saxlamaqda, qanunsuz aksiya təşkil etməkdə ittiham edilib. Məhkəmənin qərarı ilə 1 il həbs cəzasına məhkum edilib. 2013-cü ilin avqustunda vaxtından əvvəl həbsdən azad edilib.

Höccətül İslam Zülfüqar Mikayılov, Höccətül İslam Seyyid Elman Ağayev 2015-ci il noyabrın 26-da Nardaranda baş verən hadisələrə görə həbs edilib və məhkəmənin hökmü ilə uzun müddətli həbsə məhkum edilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır