Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bütün Rusiyanın və Moskva patriarxı Kirillin təşkilatçılığı ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qaregin arasında görüşdə müzakirə olunacaq bəzi məsələlər məlum olub.
Məlumata görə, üçülük münaqişənin dini müstəviyə keçməməsi, o cümlədən münaqişə ilə əlaqədar baş verən gərginliklərin təkrarlanmaması, problemin həllinə hansı töhfələri verə biləcəyinə dair məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, əvvəllər də bu üçlüyün bu formatda görüşləri keçirilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır