24 avqust 2017 - 11:48
Yenə Netanyahonun cəhdi puç oldu, Rusiya: İİR Suriyada qurucu rola malikdir

Rusiyanın BMT-də ki nümayəndəsi Basiliy Nebenziya mediyaya verdiyi müsahibədə bildirib: “ Biz İsrailin İİR-a qarşı tutduğu mövqeydən tam xəbərdarıq. Lakin düşünürük ki, İran İslam Respublikasının Suriyada apardığı rolu müsbət və qurucu roldur.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiya Federasiyasının turizim şəhəri olan Soçidə Prezident Vladimir Putin ilə, Fələstin torpaqlarını işğal etmiş qondarma yəhudi rejimin baş naziri Benyamin Netanyaho arasında görüş keçirilib.

Məlumata görə, ötən gün keşirilən görüşdə işğalçı rejimin baş naziri İran İslam Respublikası ilə bağlı nigərançılıq keçirtdiyini bildirərək İİR-ı terror və şər qüvvəsi adlandıraraq deyib: “Biz Rusiya Federasiyasının Suriyada İŞİD-ə qarşı apardığı mübarizəni dəstəkləyirik.”

Benyamin Netanyaho daha sonra Rusiya Federasiyasının İran İslam Respublikası və Hizbullah Təşkilatı ilə etdiyi əməkdaşlığı və Suiyada terror əleyhinə apardığı müştərək əməliyyatları qınaq obyektinə çevirərək deyib: “Biz hətta bir dəqiqə olsun belə yaddan çıxarda bilmirik ki, İran hər gün İsraili məhv edəcəyi ilə təhdid edir, terror təşkilatlarına (nəzərdə Həmas, Fələstin İslami Cihad Hərakatı, Yəmən Ənsarullahı, İraq Həşdu Şəbi, Suriya və Livan Hizbullahını nəzərdə tutur.) silah-sürsat verir və onlara dəstək verərək yeni yeni terror əməliyyatları icad edir...”

V. Putin İsrail ilə əlaqələrinin genişləndirilməsinə görə, xoşhal olduğunu dilə gətirərək Netanyahonun İİR və Hizbullahla bağlı dedikləri ifadələr haqda heç bir açıqlama verməib.

Bir saat sonra isə, Rusiyanın BMT-də ki nümayəndəsi Basiliy Nebenziya mediyaya verdiyi müsahibədə bildirib: “ Biz İsrailin İİR-a qarşı tutduğu mövqeydən tam xəbərdarıq. Lakin düşünürük ki, İran İslam Respublikasının Suriyada apardığı rolu müsbət və qurucu roldur.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır