15 avqust 2017 - 08:41
Haşdi Şaabi-dən Suriyayla bağlı açıqlama

Haşdi Şaabi-nin Suriyada təxminən 6 ilə yaxın fəaliyyət göstərdiyini bildirən Əsədi, "Əgər bizə bağlı bu güclər olmasaydı Suriya rejimi, İŞİD-ın əlinə keçə bilər və Yaxın Şərq xəritəsi dəyişəbilərdi." deyə bildirib.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - İraqdakı İranın dəstəklədiyi Haşdi Şaabi-nin Mətbuat katibi Əhməd əl-Əsədi, paytaxt Bağdadda təşkil etdiyi mətbuat konfransında bunları söylədi, "Haşdi Şaabi-yə bağlı bəzi qruplar, 6 il ərzində Suriyada döyüşərək, terrorun İraqa yayılmasının qarşısını almaqda əhəmiyyətli bir addım atıb. " .

Haşdi Şaabi-nin Suriyada təxminən 6 ilə yaxın fəaliyyət göstərdiyini bildirən Əsədi, "Əgər bizə bağlı bu güclər olmasaydı Suriya rejimi, İŞİD-ın əlinə keçə bilər və Yaxın Şərq xəritəsi dəyişəbilərdi." deyə bildirib.

"HAŞDİ ŞAABİ Telafer əməliyyatına qatılacaq"

Terror təşkilatı olan İŞİD-ın əlində olan Türkmən şəhəri  sayılan Telafer-in qurtarılması əməliyyatına Haşdi Şaabi birliklərinin də qatılacağını dilə gətirən Əsədi, "Haşdi Şaabi-yə aid qrupların 90 faizi Telafer əməliyyatına qatılacaq." deyə vurğulayıb.

Əsədi Telafer əməliyyatının qısa bir müddət ərzində başlayacağını deyib.

İran dəstəklədiyi Haşdi Şaabi-nin rəhbərliyi altında olan "Bədr qüvvələri, Ketaib Hizbullah, Asaib Əhlulhak, Ketaib İmam Əli, Ketaib Seyyidu'ş Şühəda, Serayaye Xorasani, Ensar-ul Merceiyye Briqadaları, Əli Əkbər Briqadaları, Firqət-ul Abbas əl-Kitaliyye, Seraya Aşura, Seraya Ənsar əl Əqidə, Seraya əl-Cihad, Fəyləqu-l Karrar, Əl Muntəzər Briqadaları "kimi qruplar var.

Diqqət! Xəbərdən istifadə etdikdə məbnəyə istinad lazımdır!

Etiketlər