Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - İran xarici işlər nazirinin müavini Abbas İrakci, Tehrandan yayinlanan IRIB TV-1 kanalına verdiyi müsahibədə, ABŞ-ın son günlərdə İrana qarşı etdiyi sanksiya qərarını qiymətləndirdi.
İrakci, Amerika konqresində yekdilliklə qəbul edilən qərarina, ABŞ prezidenti Trump-ın imza atmasını normal qarşıladıqlarını açıqlayaraq, ABŞ nüvə razılaşmasından sonrakı dövrdə İranın gücünün artdığı üçün həm də onlara qarşı siyasətimizin dəyişmədiyinə görə İran əleyhinə mübarizələrini davam etdirirlər" deyə bildirib.
Abbas İrakci, İranın hər zaman nüvə razılaşmasına tamamilə bağlı olduğunu ifadə edərək, bunları qeyd etdi: Beynəlxalq Atom Enerjisi Təşkilatı hazırladığı hesabatında İranın nüvə razılaşmanın tətbiq müddətində bu anlaşmaya tamamilə uyğun gəldiyini açıqladı. ABŞ-ın yeni hökuməti isə ötən 6 ay ərzində bunu təsdiqləməkdən başqa çarəsi yox idi.
ABŞ-ın yeni sanksiyalarla İnqilab gözətçilərini hədəfə aldığını yazan İran xarici işlər nazirinin müavini, "Amerikanın bu rəftarına qarşı İslami Şura Məclisi yaxın gələcəkdə İnqilab Gözətçiləri Ordusu və Qüds Gücünü gücləndirmək üçün lazım olan tədbirləri görür" .
"ABŞ-ın bu istiqamətli rəftarına Avropalı tərəflər necə bir reaksiya göstərəcək?" Sualı üzərinə İranlı səlahiyyətli, "Onlar tək tərəfli sanksiyalara qarşı olduqlarını bildirərək, İran ilə ticarət əlaqələrini davam etdirəcəklərini bildirdilər" deyə bildirib.
Diqqət! XSəbərdən istifadə etdə mənəbyə istinad lazımdır!