Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Pakistan ordusunun eks komandiri general Mirza Əsləm Bəy “Pars tuday”-ə maraqlı və eyni zamanda reallığı əks etdirən bir açıqlama verib.
Pakistanın stratejik mütaliələr mərkəzinin sədri verdiyi açıqlamada bildirib ki, ABŞ-a problemlər yaşadan yeganə ölkə məhz İran İslam Respublikasıdır.
O, ölkəsinin uzun illərdir müstəqil olmasına baxmayaraq hələ də inqilabi amallarına çatmadığını etiraf edərək deyib: “Təəssüf olsun ki, müstəqilliyimizdən 70 il keçməsinə baxmayaraq hələ də tam mənada müstəqil olmamışıq. Amma uzun tarixə sahib olan İran “İslam İnqilabının Qələbəsi” ilə həqiqi şəxsiyyətini geri qazandı. Bu gün İran tarixi və dini şəxsiyyəti ilə imperializmin önündə dik dura bilib.”
Mirza Əsləm Bəy daha sonra ifadələrinə əlavə edərək bildirib: “Xalqına, ideologiyasına və rəhbərlərinə söykənərək ABŞ-a ciddi problem yaşadan yeganə ölkə İrandır. Pakistanın sabitsizlik və zəifçiliynin səbəbi idarəçilikdə olan yanlışlıqlar və daim ABŞ-a bağlı olmasıdır.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır