Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Myanmada yaşayan Ruhingiyalı körpələrin həyatı ciddi təhlükə altındadır. Soyca Myanmalı olan lakin Müsəlman olduqlarına görə, bu xalqa bu günə kimi heç bir vətəndaşlıq verilməyənlər ölkəyə hakim kəsilmiş qatı buddistlər tərəfindən vəhşicəsinə öldürülməklə yanaşı həm də, hərtərəfli bıokadaya alınmışlar. Bunun nəticəsində aclıq və susuzluqdan ölümlə üzləşməli olanların arasında təkcə 5 yaşdan az olan Ruhingiyalıların sayı 80 min körpəni keçir. Təcili sürətdə Myanmar Müsəlmanlarına tibbi xidmətlərin və sağlam qidaların çatdırılması gərəkdir.
The Guardian qazetinin yaxdığına görə, BMT Myanma Müsəlmanları ilə bağlı verdiyi açıqlamasında bildirib: “Təkcə Mangudu şəhərində vəziyyət o dərəcədədir ki, 24 saat ərzində heç bir Müsəlman evində yeməyə bir qida məhsulu tapılmayır.”
Myanmada, Müsəlmanların dövlət strukturlarının bir başa müşayiəti və dəstəyi ilə, buddistlər tərəfindən amansızcasına həlak edilib diri-diri yandırılması, ətlərinin yeyilməsi kimi faktların meydiaya çıxmasından sonra nəhayət 2016 –cı ildə BMT özünün verdiyi xüsusi məruzəsində Ruhingiyalı Müsəlmanların aclıq və susuzluqdan tələf olmaq faktlarını qəbul etmişdir.
BMT bu haqda deyib: “Myanma dövləti rəsmi olaraq BMT-nin nümayəndələrini bu ölkəyə gəlib, münaqişəli zonalarda məsələnin araşdırmasına, habelə Ruhhingiyalı qadın və uşaqların dövlət qulluqçuları (polis və hərbiçilər) tərəfindən cinsi təcavüzlərə qalmasına, qətlə yetirilib işgəncələr verilməsi kimi faktların müəyyənləşdirilməsinə qəti qadağa qoyub.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır