Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, iki gün öncə gecə saatlarında İsveçin şimali Stockholm şəhərinin Jacob Zbergin məntəqəsində yerləşən Şiələrin İmam Əli (əleyhi səlam) adına olan ən böyük İslami Mərkəz və Məscidində qərəzli sürətdə yanğın törədilmişdir.
İslami Mərkəzdə baş vermiş yanğın mərkəzin binasına ciddi maddi ziyan vurub. Ümümdünya Əhli Beyt (əleyhimus səlam) Assambleyası Şiələrin dünyada dəstəkləyən genişmiqyaslı bir QHT olaraq bu qərəzli hadisəni məhkum etmiş və bəyanat vermişdir.
Ümümdünya Əhli Beyt (əleyhimus səlam) Assambleyasının verdiyi bəyanatın tam mətni belədir:
Bismillahir Rəhmənair Rəhim
İsveçin şimali Stockholm şəhərində yerləşən İmam Əli (əleyhi səlam) adına İslami Mərkəzin yandırılaraq külə dönmə macərası hər kəsin qəlbin ağratdı və böyük təəssüfə səbəb oldu.
Ümümdünya Əhli Beyt (əleyhimus səlam) Assambleyası bu hadisəyə oxşar bütün ağılsız əməlləri ciddi sürətdə məhkum edir. İnsan Haqqlarının manifestində qeyd olunduğu kimi Məscid və məbədlər habelə hörmətinin saxlanılması vacib olan Dini mərkəzlər xüsusi qayğı və toxunulmamazlığa malik olan yerlərdir.
Bizə çatan məlumata görə İsveç polisi baş verən yanğının qəsdən törədildiyini bildirib. Biz bu ürəkağrıdıcı hadisənin törədildiyinə görə dərindən nigərançılıq keçirtdiyimizi bildirməklə yanaşı, bu cinayət hadisəsini məhkum edir, hadisəni törədən qəlbiqara cinayətkarların və onların anti-bəşər dəstəkçilərinin müəyyənləşdirilərək cəzalandırılmalarını istəyirik.
Şübhəsiz bu kimi radikal əməllər bütün azad insanlar tərəfindən eləcə də, insan haqqlarının dəstəkçiləri tərəfindən rədd olunur. Buna görə də, hamı bir nəfər kimi sabitliyi qoruyaraq, bəsirətlə davranıb, özbaşna əməllərdən çəkinməklə ictimaiyyətdə qorxu və vəhşəti yaymağa çalışan, insan haqqlarının ilkin və əsas prinsibləri ilə müxalif olan qrupları rüsvay etməlidir. Bu kimi bəşərə zidd əməllər açıq-aşkar insani dəyərlərə və məzhəbi üsullara müxalifdir.
Dünyanın müxtəlif bölgələrində, o cümlədən Qərbdə xüsusilə də, Suriya, Livan, İraq, Yəmən, Əfqanıstan, Fələstin və s. Müsəlman ölkələrində ümümdünya səviyyəli qaniçən, zalım istikbarçı qüvvələrin dəstək verdikləri təkfirçi “İŞİD” terror qruplaşmasının günahsız insanlara qarşı həyata keçirtdiyi vəhşiliklərinin şahidiyik. Xas bir sərhəd tanımayan və hansısa bir məkana və yaxud zaman aid olmayan terror məsələsini qlobal fenomen kimi dəyərləndirmək bütün azad insanlara və insan haqqlarının tərəfdarlarına vacib olan bir məsələdir.
Bu acı və anti-bəşər hadisə, hamını bir nəfər kimi bütün dünyada qlobal fenomen olan terrora qarşı mübarizədə birləşdirərək daha da ciddi və əzimkar olmağa vadar etməlidir. Hər hansı bir yerdə terrora qarşı mübarizə aparılırsa bəşər ictimaiyyətinin ona qarşı birləşməsi, başda beynəlxalq qanunlar çərivəsində BMT-in Təhlükəsizlik Şurası olmaqla bütün şəxsiyyətlərin, qrupların, beynəlxalq təşkilatların bir sözlə bəşər ictimaiyyətinin hamılıqla ona qarşı səfərbəy olması labüddür.
Ümümdünya Əhli Beyt (əleyhimus səlam) Assambleyası insan haqqlarnın əsas prinsiblərinə o cümlədən demokratiya, söz azadlığı, dini ayinlərə əməl etmək kimi əsasları qanun tutaraq bütün dünya ictimaiyyətinə, dini və hüquqi orqanlara çağırış edir: İctimaiyyətdə təmkinlə rəftar etməyi təbliğ edərək, ictimaiyyətdə dinc birgə yaşayış naminə addım atın. Bu vəhşi və çirkin qlobal olaya qarşı hamılıqla ciddi sürətdə mübarizə aparın, qardaşlıq ruhiyyəsini, musavatı, qarşılıqlı hörmət etməyi, sevib məhəbbət bəsləməyi, sülh və sabitliyi yaratmaq üçün əlinizdən gələni edin.
Ümümdünya Əhli Beyt (əleyhimus səlam) Assambleyası
11, Ordibehişt, 1396 – 05, Şəban, 1438 - 02, May, 2017
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır