Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - İraqın Haşdi Şabi gücləri Mosulun cənub bölgələrini qurtarmaq üçün əməliyyat başladıb.
İraqın Haşdi Şabi gücləri komandiri Əbu Mehdi əl-Mühəndis,, bu gün Mosulun cənubunda olan əl-Xəzər bölgəsini qurtarmaq üçün "Məhəmməd Rəsulullah" əməliyyatını başlatdıqlarını açıqlayıb.
İraq hava qüvvələri bu əməliyyatda Haşdi Şabi güclərinə hava dəstəyi təmin ediblər. Bu əməliyyatını hədəfi, Mosulun cənubunda olan əl-Xəzər və ətrafındakı bölgələri terror ünsürlərindən təmizləməkdir.
Dəstək gücləri də bu əməliyyatda əl-Xəzər bölgəsinə uzanan yolları təmizlədilər; beləcə İraq qüvvələri bu bölgənin kəndlərinə qədər girə biləcəklər.
Haşdi Şabi'nin xəbər qaynaqlarının verdiyi məlumata görə, bu güclərin ələ keçirərəkləri hədəflərə doğru üç cınaqdan irəliləmələrə başlayıblar.
Keçən günlərdə İraq ordu qüvvələrinin və Haşdi Şabi güclərinin hücumlarının davam etməsi nəticəsində, İŞİD ünsürləri Mosulun qərbindən geri çəkilməyə çalışırlar.
Mosulu qurtarma əməliyyatı İraqlı qüvvələri tərəfindən bu il Fevral ayında başladı. Mosul, İraqın ikinci ən böyük şəhəridir və 2014-ci ildən bəri işid Sionist təkfiri terror təşkilatının işğalı altındadır. Mosulun şərq bölgələri keçən il əməliyyatlar nəticəsində tamamilə qurtarıldı.







Diqqət Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!