31 mart 2017 - 18:34
 İşğalçı İsrailin şəhərcik layihəsi son 20 ildə ilk dəfə rəsmi olaraq təsdiqləndi: 5700 MƏNZİL

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb...

 Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata əsasən-İsrailin şəhərcik layihəsi son 20 ildə ilk dəfə rəsmi olaraq təsdiqlənib.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Məlumata görə, Fələstinin Ramallah şəhərinin yaxınlığında inşa olunacaq şəhərcikdə 5700 mənzil nəzərdə tutulub.

Qeyd edək ki,Beynəlxalq İnsan Haqları Federasiyası “Təhlükəli əlaqələr: Fransalı banklar və İsrail şəhərcikləri” adı altında hesabat hazırlayıb.

Fransaya məxsus olan bir sıra  bank və şirkətlərin şəhərciyin hazırlanması üçün lazım olan büdcəni toplamaqla məşğul olduğu bildirilir.

Hesabatda bildirilib: “Fransa dövləti bu bank və sığorta şirkətinə təzyiq etməli və bu fəaliyyətlərini dərhal dayandırmalarını tələb etməlidir. Bu qruplar hər qiymətə xeyir əldə etmək niyyətindədirlər.”

Diqqət!Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.

Tags