Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - İraq ordusu komandirlərindən olan Sadun Xalid Əl-Mezani İŞİD-in cümə axşamı günü xlor qazı ehtiva edən Katyuşa roketlərini Mosuldaki Əl-Maliyyə, Nəbi Yunus və Əl-Faysaliyə bölgələrinə atdığını bildirib.
Əldə edilən məlumatlara görə, bu kimyəvi hücumun ardından bölgə sakinləri zəhərli qazları tənəffüs etmələri səbəbiylə sağlamlıq mərkəzlərinə və xəstəxanalara yerləşdirilib.
Neynəva Əyaləti Şurasının sədr müavini Nurəddin Kaplan, Es-Semah və Karac bölgəsinə təşkil edilən kimyəvi hücumda biri qadın və ikisi uşaq olmaqla üç adamın yandığını və tənəffüs pozğunluğu yaşadığını ifadə etdi.
Nurəddin Kaplan ayrıca bu üç yaralının da Erbil xəstəxanasına yerləşdirildiyini açıqladı.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!