22 fevral 2017 - 18:08
Ordumuzun əsgəri şəhid olub

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Xəlilov Xanoğlan İntizam oğlu şəhid olub.

 Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata əsasən fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Xəlilov Xanoğlan İntizam oğlu şəhid olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Diqqət!Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.

Etiketlər