Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün Bakı Apellyasiya məhkəməsində Tale Bağırzadənin tərəfdarı kimi tanınan Əhsən Nuruzadənin barəsindəki 10 sutkalıq inzibati həbs cəzasından verilən şikayətə baxılıb.
Məlumata görə, hakim Abdin Abdinbəyovun sədrliyi ilə baxılan prosesdə vəkil Yalçın İmanovun verdiyi şikayət təmin edilməyib.
Əhsən Nuruzadə barəsindəki inzibati həbs müddəti fevralın 3-də saat 17:15-də bitəcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır