23 yanvar 2017 - 18:20
Hər şey yəhudi Netanyahonun Bakıya səfərindən sonra başladı, E. Vəliyevin İmam Hüseynə(ə) növbəti həqarəti – Foto

Şiəçiliklə qatı düşmənçilik prinsiblərinə söykənən Elmar Vəliyev Gəncənin "İmamzadə" ziyarətgahında yerləşən "İmam Hüseyn (əleyhi səlam)" meydanını bağlatdırıb. Və özünə çox böyük bir “cürət” verərək Şəhidlər Ağası, əziz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) nəvəsi və səhabəsi olan İmam Hüseyn (əleyhi səlam) həzrətlərinin adı yazılan lövhəni zibilliyə tullayıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycanda anti-Şiə yürüşlər davam edir.

Məlumatımıza görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin İslam dininə və onun müqəddəslərinə qarşı etdiyi həqarətlər davam etməkdədir. Belə ki, Azərbaycan adlı müsəlman ölkəsində, Şiəçiliklə tanınan və 5-ci İmam həzrət Muhəmməd Baqirin (əleyhi səlam) doğma övladının məzarının yerləşdiyi məkanı olan Gəncədə İslami dəyərlərə qarşı düşmənçilik edən Elmar Vəliyev bu dəfə Həzrəti İmam Hüseyn (əleyhi səlam) adına və şüarına hörmətsizlik edib.

Şiəçiliklə qatı düşmənçilik prinsiblərinə söykənən Elmar Vəliyev Gəncənin "İmamzadə" ziyarətgahında yerləşən "İmam Hüseyn (əleyhi səlam)" meydanını bağlatdırıb. Və özünə çox böyük bir “cürət” verərək Şəhidlər Ağası, əziz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) nəvəsi və səhabəsi olan İmam Hüseyn (əleyhi səlam) həzrətlərinin adı yazılan lövhəni zibilliyə tullayıb.

Belə bir alçaq və şərəfdən uzaq olan hərəkət ölkədə cəmiyyətin 98%-ni təşkil edən Müsəlman Azərbaycan xalqına birbaşa həqarət və müharibə elan edilməsi deməkdir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər