Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, mərhum politoloq Vəfa Quluzadə Obyektiv TV-yə müsahibəsində Türkiyə hökümətinin əsas simasını ortaya qoymuş oldu.
Müsahibə zamanı müstəqillik dövründə gərgin işgüzar həyatından bəhs edən ziyalı o dövr Azərbaycanın siyasi həyatında cərəyan edən bir çox hadisələrdən söz açmışdı. Həmin ərəfədə Türkiyədən Sovet İttifaqının Azərbaycan əleyhinə işğalı məqsədilə kömək istəyən politoloq Ankaranın ondan üz döndərməsini təəssüflə qeyd etmiş, eyni zamanda, Qarabağla bağlı bir çox siyasi sirlərin üstünü də məhz həmin söhbət zamanı açmışdı.
Politoloq Qanlı Yanvar hadisəsilə bağlı belə demişdir: “20 Yanvarda Sovet İttifaqı ilə əlaqələrimi kəsib müstəqil surətdə Qorbaçovun Azərbaycana divan tutduğunu ifşa etmək istəyirdim. Birinci Türkiyəyə, səfir Ömər Elsuna müraciət etdim ki, mənə siyasi sığınacaq verin, gedim, Türkiyə televiziyasında çıxış edim. Dedi, olmaz, çünki biz NATO dövləti kimi Qorbaçovun dostuyuq.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır