15 noyabr 2016 - 15:28
Taleh Bağırzadə: Mən İlham Əliyevə sözümü deməyi bacarıram

T. Bağırzadə isə deyib ki, onun adından istintaq orqanı tərəfindən yazılan müraciət kitabçasında "Oğru İlham" ifadəsi yer alıb: "Bu Ramil Usubov ya başqasının göstərişi ilə edilib. Cəsarətləri yoxdur, heç olmasa sussunlar. Mənim adımdan danışmasınlar. Mən lazım olanda İlham Əliyevə sözümü deməyi bacarıram".

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə Nardaran işi üzrə keçırılən növbəti məhkəmə prosesində şahidlər və müttəhimlər dindirilib.

"Sərdar Bünyadova təzyiq edilib"

Hakim Əlövsət Abbasov bildirib ki, Taleh Bağırzadənin müraciət kitabçasının alınması üçün istintaq orqanına göndərdikləri sorğuya cavab olaraq həmin kitabça məhkəməyə təqdim edilib. O, vəkillərin istədikləri vaxt onunla tanış ola biləcəklərini deyib.

İclasda çıxış edən Abbas Hüseynov isə deyib ki, deputat Ağacan Əbiyev İslam dini və peyğəmbər əleyhinə müsahibə verib.

Taleh Bağırzadə isə bildirib ki, A.Əbiyev Nardaran hadisələrindən danışıb: "Bu cür adamların təfəkkürünün nəticəsində Nardaran hadisəsi baş verdi. Mən uşaq vaxtı boksla məşğul olmuşam. O zaman Ağacan Əbiyev Boks Federasiyanın sədri idi. Yəqin cavanlığında başına çox zərbə dəyib". Hakim isə onların çıxışını dayandıraraq bildirib ki, danışdıqlarının məhkəməyə dəxli yoxdur.

Daha sonra hakim bildirib ki, Sərdar Bünyadov və digər bir neçə şahid məhkəməyə teleqram vurublar: "Onlar istintaqa verdikləri ifadəni təsdiq ediblər. Məhkəməyə gəlmək istəmirlər".

T.Bağırzadə isə deyib ki, S.Bünyadova təzyiq edilib. O, şahidlərin dindirilməsini istəyib.

F.Qəhrəmanlı isə prosesin uzadılmasına etiraz edib. Bildirib ki, şahidlər məcburi gətirilib dindirilə bilər. Hakim isə deyib ki, məcburi gətirilmə üçün polis idarəsinə müraciət edilməlidir. Lakin bu, ötən dəfə problem yaratdığı üçün şahidləri özləri məhkəməyə çağırırlar.

Daha sonra hakim bildirib ki, təqsirləndirilən şəxslərin istintaq zamanı polis əməkdaşlarının Mehriban Əliyevaya qarşı nalayiq ifadələr işlətmələri haqqında bildirdikləri məsələ ilə bağlı prosesin sonunda müvafiq qurumlara məlumat göndəriləcək.T. Bağırzadə isə deyib ki, onun adından istintaq orqanı tərəfindən yazılan müraciət kitabçasında "Oğru İlham" ifadəsi yer alıb: "Bu Ramil Usubov ya başqasının göstərişi ilə edilib. Cəsarətləri yoxdur, heç olmasa sussunlar. Mənim adımdan danışmasınlar. Mən lazım olanda İlham Əliyevə sözümü deməyi bacarıram".

Proses noyabrın 16-da davam edəcək.

abna24.com-Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!