“Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, Mustafa Şəhadənin şəhadətilə bağlı şəhid ailələrinə başsağlığı verən Seyid Həsən Nəsrullah deyib: “Şəhid Mustafa təşkilatın yarandığı gündən etibarən meydanda olmuşdur. Onu meydandan yalnız şəhadəti ayıra bildi.”
Livanın daxili məsələlərinə toxunan Seyid Nəsrullah “Prezident seçimi barədə bizə çoxlu ittihamlar oldu. Bəziləri dedi ki, “Hizbullah” Mişel Aunu istəmir, yalan deyir. Onlar bilsinlər ki, biz heç vaxt hiylə işlətmirik. Bəziləri ölkədə prezident seçkilərini İranın nüvə müzakirələrilə əlaqələndirdilər. Biz ilk gündən Mişel Auna olan dəstəyimizdə sədaqətli idik və bu mövqeyimizdən geri çəkilmədik. Əsas odur ki, prezidentin seçilməsilə Livanda yeni dönəm başladı. Bizim Aunla 2006-cı ildən razılığımız var, lakin bunun prezident seçimilə bağlı heç bir əlaqəsi yoxdur. Biz ona güvəndiyimiz üçün dəstəklədik. Hətta bir dəfə özü bizdən soruşdu “Məndən istəyiniz nədir?”. Biz ona güvəndiyimizi, sədaqətli və müstəqil şəxs olduğunu ona dedik. Aun heç bir səfirliyə bağlı deyil və öz iradəsilə addımlayır. Bizim onu dəstəkləməyimiz siyasi yox, əxlaqi mövzudur. Baş nazirlik postuna bizim namizədimiz yox idi, lakin ölkədə yeni dönəmin başlaması üçün əlimizdən gələni etdik", -deyə ildirib.
Daha sonra "Hibzullah" lideri deyib: "Milli Vəhdət Dövləti yaradılmalıdır, çünki ölkəmizin buna ehtiyacı var. “Hizbullah” və müttəfiqləri həmkarlığa hazırdır. Biz şəhidlərin qanı bahasına ölkədə sabitliyi qorumuşuq. Lakin bölgədə savaş alovu getdikcə artmaqdadır. İsrailin varlığı davamlı olmayacaq və məhv olması üçün zamana ehtiyac var.”