Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyənin ən qalmaqallı prezidenti Rəcəb Tayyib Ərdoğan İraqla sərhəddə türk hərbi kontingentini artırmaq niyyətində olduqlarını bildirib.
Bu barədə Ərdoğan Ankarada Respublika Günü münasibətilə təşkil olunan ziyafətdə jurnalistlərə açıqlamasında deyib.
“Biz Silopi rayonunda (İraq sərhədində-red) qoşunları gücləndirəcəyik”,- deyə Ərdoğan söyləyib.
Öz cənub qonşu dövlətlərində daxili müharibəni alovlandıraraq dəstək verdiyi terror qruplaşmalarının Suriya və İraqdan 6 ildir istixrac etdikləri Neft məhsulunu su qiymətinə alaraq qara bazarda satan Türkiyə prezidentinin sözlərinə görə, şiə qoşunları türkmənlərin üstünlük təşkil etdiyi Tel-Afər şəhərində “terror törətməyə” çalışsalar Türkiyənin buna cavabı kəskin olacaq.
Sünni – Şiə müharibəsinin yaradılmasında maraqlı olan Ərdoğan əlavə edib ki, hələlik onda şiə qoşununun sözügedən şəhərə daxil olmaq niyyətində olması ilə bağlı məlumat yoxdur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır