Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə- İslam İnqilabı Gözətçilər Ordusunun İkinci Komandiri, bu gün Livan və Suriyanın sionistlər üçün bir kabus və haqq ilə batil döyüşünün baş tutduğu məkan olduğunu bildirdi.
Sepah News-un bildirdiyinə görə İsfahan əyalətinə bağlı Kuşk şəhərində təşkil edilən şəhidləri anma mərasimində danışan İslam İnqilabı Gözətçilər Ordusunun İkinci Komandiri General Hüseyn Selami, Livanın bu gün sionistlər üçün bir kabusa çevrildiyini və Suriyanın isə haqq batil qarşılaşmasına bariz bir nümunədir deyə bildirdi.
Zalım dövlətlərin İraqda istədikləri nəticəni əldə edə bilmədiyini, bu ölkədə möhkəm, güclü bir xalq gücünün yarandığını, Suriyada də bu güclərin düşmən qarşısında müqavimət göstərdiyini ifadə edən general Selami, Yəməndə də xalq müqavimət gücü Ənsarullahın bütün təzyiqlərinə baxmayaraq mübarizəni davam etdirməkdə olduğunu, Bəhreyndə də xalqın zəfər eldi etdiklərini söylədi.
Bu gün İran xalqının öz şüarlarını bütün dünyaya yaydığını və İslam aləmində öz dirənişini davam etdirdiyini ifadə edən İslam İnqilabı Gözətçilər Ordusunun İkinci Komandiri, İslamın düşmənlər qarşısında böyük bir döyüşdə irəliləməkdə olduğunu və müsəlmanların oyanışıyla düşmənlərin məğlubiyyət səslərinin duyulduğunu söylədi.
abna24.com-xəbərdən istifadə etdikdə istinsd vacibdir!