26 oktyabr 2016 - 18:07
Mosul əməliyyatında Səddam Hüseynin İŞİD-çi qohumu su tankerindən belə çıxarıldı - Foto

Polisin məlumatına əsasən, o İŞİD terror təşkilatı cərgələrində döyüşlərdə iştirak edib. Xüsusən də Kərkük şəhərinə edilmiş hücumda rolu olub.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq hüquq-mühafizə orqanlarından bildiriblər ki, Kərkük əyalətində İraqın edam edilmiş eks-prezidenti diktator Səddam Hüseynin dayısı oğlu Nizar Hamud Əbdülqani Kərkükün Daquq şəhərində tutulub.

Polisin məlumatına əsasən, o İŞİD terror təşkilatı cərgələrində döyüşlərdə iştirak edib. Xüsusən də Kərkük şəhərinə edilmiş hücumda rolu olub.

“Nizar Hamud Əbdülqani Kərkükdən 35 km uzaqlıqda tutulub. Onu genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinin nəticəsində tutmaq mümkün olub. Əbdülqani ilə yanaşı daha üç İŞİD terroçusu da həbs edilib.”, - deyə yerli polis rəisi Sərhat Qadir bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags