ABNA sizə Stratejiortak.com-a istinadən sionizmin və İsrail dövlətinin qurulmasında rol oynayan terror təşkilatlarının tarixini təqdim edir. Zaman gəldiyində xristian düşüncəsinə qərb irqçiliyi də əlavə olundu və o zaman sionizmin meydana çıxması labüdləşdi. XIX əsr Avropada dövlətçilik və millətçilik əsri idi. Özlərini daim sürgün içində hiss edən yəhudilər üçün sionizm göydəndüşmə oldu. Onlar öz xəyallarındakı İsrailə dönmək və yəhudi dövlətini qurmaq istəklərini dilə gətirdilər.
Sionizmin bir hərəkat və siyasi dalğa halına gəlməsi Theodor Herlzin adı ilə bağlıdır. Bu adam Avstriya əsilli yəhudi idi. O 1895-ci ildə Der JudenStaat (Yəhudi dövləti) adlı kitab yayımladı. 27 avqust 1897-ci ildə İsveçrənin Basel şəhərində ilk sionist qurultayı çağrıldı. Bu ildən sonra hər il müntəzəm olaraq bu qurultay keçirilməyə başladı. 1903-cü ildə keçirilən altıncı qurultayda Fələstinə köçün reallaşdırılması qərara alındı.
İsrail dövləti qurulana qədər Fələstində yəhudilər kütləvi şəkildə evlər almağa başladılar. Bəzən məskənlər salmaq üçün zorakılığa da əl atan yəhudilər qan tökməkdən də çəkinməyiblər.
İsrail dövləti qurulandan sonra bu dövləti qurmağa çalışan terror təşkilatı İsrail ordusu adını alır. Bu İsrail ordusu adlanan təşkilatın rəhbərlərindən biri isə İsak Rabin idi.
İndi gəlin həmin terror təşkilatlarını araşdıraq:
1. Xaqana Təşkilatı(1920-1948)
2. İrgun Təşkilatı ( 1931-1948)
3. Stern Təşkilatı ( 1937-1948)
Xaqana Təşkilatı 1912- ci ildə qurulub. 1920-ci illərdə könüllülərdən ibarət bir neçə yüz nəfərdən idi. 1929-cu ildə Xaqanahın tərkibində aşagıdakı dəyişiklər oldu.
1. Sayı artaraq böyük bir təşkilata çevrildi.
2. Təşkilat üzvlərinə təlim verəcək insanlar təhsilləndirildi.
3. Gizli silah istehsalına başlanıldı.
1917-ci il Balfur bəyamnaməsi ilə yəhudilərin tərəfini tutan ingilislər artıq onlara qarşı siyasətlərini dəyişmişdilər. 1941-ci ildə Xaqananın ilk hərbi taburu yaradıldı. İkinci Dünya müharibəsindən sonra bu yerlərə kütləvi şəkildə yəhudilərin köçü başladı. 1940-cı ilin sonuna doğru Xaqananın üzvlərinin sayı 45 minə çatmışdı. 1947-ci ildə bu təşkilatın rəhbəri Devid Ben Qurion oldu. ( İsrail rejiminin ilk baş naziri)
Xaqana təşkilatının İsrail dövlətinin qurması yolunda gördüyü işlər
1. 30 noyabrda yaşları 17-25 olan bütün yəhudiləri orduya çağırdılar.
2. 21 dekabr -31 mart 1948-ci il Yafada ( nikbə günlər) ərəblərin məskənlərinə hücum etdilər.
3. 31 dekabr 1947-ci ildə 60 -dan çox fələstinlini qanına qəltan etdilər.
4. 14 yanvar 1948- ci ildə Çexoslavakiya ilə gizli silah müqaviləsi bağlandı.
5. 6 mart 1948-ci ildə Fələstinə qarşı hücüma çağırış etdilər.
6. 16-17 apreldə ingilislərin boşaltdığı Tiberiyanı ələ keçirdilər. Fələstinlilər zorla canlarını qurtardılar.
7. 26 apreldə Şeyx Cərrahı ələ keçirdilər.
8. 8-16 may tarixində Əl-Rəmla ilə Latrunu birləşdirən yolu işğal etdilər.
9. 14 may 1948-ci ildə "Çəngəl Əməliyyatı" ilə Qüdsün ətrafındakı ərəbləri sürgün etdilər.
10. 14 may 1948-ci il Yafada saat 16:00 müstəqil İsrail dövlətinin yaradılması elan olundu. Bu dövləti ilk tanıyan dövlətlər ABŞ oldu. Müsəlman dövlətləri içində isə ilk Türkiyə oldu.
11. 26 may 1948-ci ildə Xaqana İsrail hökuməti tərəfindən “Zava Haganah Le-Yisrael” yəni İsrail Müdafiə Qüvvələri kimi rəsmiləşdirildi.

İrgun təşkilatı
Bu təşkilat 1937-39 ərəblərə qarşı bir sıra əməliyyatlar keçiriblər. Hayfada 27 fevral 1939-cu ildə bazarda 24 fələstinlini öldürdülər. 39 nəfəri yaraladılar. 1938-ci ildə Fələstinin müxtəlif yerlərində fələstinlilər bombalanaraq öldürüldülər. 22 iyun 1946-cı ildə ingilislərn olduğu Kral David oteli partladıldı və 91 nəfər həlak oldu. 31 oktyabr 1946-cı ildə İngiltərənin Romadakı səfirliyini partlatdılar. ( Bütün bunlar 1939-cu ildə ingilis parlamentinin anti-sionizm bəyamnaməsi verməsi ilə əlaqədər idi)
29 sentyabr 1947-ci ildə bu təşkilat Hayfada bir polis idarəsini partlatdı və partlayış nəticəsində 4 ingilis və 4 ərəb həlak oldu. 29 dekabrda isə bir çayxanaya qumbara ataraq 11 ərəb və 2 ingilis polisini öldürmüşdülər.
Stern təşkilıatı
(Lehi =Lohamei Herut Yisrael, “İsrail Azadlıq təşkilatı)
Fələstində ingilis mandatının ləğv olunması və İsrail dövlətinin qurulmasına xidmət edən bir təşkilat olub. Əsasən ingilislərə qarşı əməliyyatları ilə tarixdə qalıblar. Bu təşkilatın gördüyü ən böyük əməliyyat Hayfa dəmiryolunun bombalanması olub. İsrail dövləti qurulandan sonra bu təşkilat da İsrail ordusuna tabe edildi.
Son Söz əvəzi
Bu yazıdan çıxarılan yeganə nəticə vardır: Terror İsrailin dövlət sistemidir.