11 oktyabr 2026 - 10:42
Gülmirə Aslanova: Şəhid Təbriz Qasımovun Xanımıda Hicaba görə məktəbdən qovulur

Bu torpaq, bu vətən uğrunda canından keçən şəhidlərimizin anaları da, bacıları da, zövcələri də, övladları da xarici qüvvələr tərəfindən idarə olunur? Yoxsa qazilərimizin ana, bacı və xalalarıdır xaricdən təlimat alan?

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Son günlər məktəblərdə şagirdlərə, müəllimələrə və hətta xadimələrə tətbiq edilən hicab qadağasına qarşı inanclı-inancsz, haqsızlığa susmayan hər bir vətəndaş öz etirazını bildirir.

​Lakin bəziləri bu haqlı tələbi "xaricdən idarə olunur" adı ilə kölgədə qoymağa çalışırlar. Buradan soruşmaq istəyirəm,

​Bu torpaq, bu vətən uğrunda canından keçən şəhidlərimizin anaları da, bacıları da, zövcələri də, övladları da xarici qüvvələr tərəfindən idarə olunur? Yoxsa qazilərimizin ana, bacı və xalalarıdır xaricdən təlimat alan?

​Biz öz hüququmuzu, öz dəyərlərimizi müdafiə edə bilməyəcək qədər aciz xalqıq ki, bizə kənardan kiminsə yol göstərməsi lazımdır? Biz xalq olaraq öz haqqımızı da, şərəfimizi də qorumağa qadirik!

Sizin rəyiniz

You are replying to: .
captcha