Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan İslam Partiyasının funksionerləri bir müddət öncə qurumun Qobustan Qapalı tipli Həbsxanasında saxlanılan lideri Hacı Mövsüm Səmədovla görüşmək üçün rəsmi müraciət ünvanlayıblar. Həbsxana əməkdaşları həmin müraciəti mənfi cavablandıraraq görüşə icazə verməyiblər.
Bunu nəzərə alan partiya səlahiyyətliləri dünən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis vəzifəsini icra edən Hüseyn Əlixanova və Qobustan Qapalı Tipli həbsxananın rəisi, ədliyyə polkovniki Fikrət Qafarova Mövsüm Səmədovla görüş məqsədilə rəsmi müraciət ünvanlayıblar.
Müraciətdə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 81.7-ci və həmin məcəllənin digər müvafiq maddələrinə əsasən məhkumun qohumlarının, digər şəxslərin onunla görüşünün məqsədəuyğun hesab edilməsi qeyd olunmuş, məhkum Səmədov Mövsüm Mərdan oğlunun dostları ilə Qobustan həbsxanasında görüşünə şərait yaradılması istənilib.
Qeyd edək ki, Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov 2011.01.02 tarixdə ölkədə baş alıb gedən Məscidgobiya, Hicabfobiya siyasətlərinə, korrupsiyanın baş alıb getməsinə, işsizliyiə, vətəndaşların çörəkpulu qazanmaq üçün xarici ölkələrə didərgin düşməsinə, təhsilin aşağı səviyyədə olmasına, Qarabağ probleminin yatızdırılmasına və s. məmur özbaşınalıqlarına etiraz əlaməti olaraq etdiyi tarixi çıxışından sonra həmin ilin 07 yanvar ayında həbs edilərək 2011, Yanvarın 19-da dövlət çevrilişçinə cəhd etmək maddəsi ilə ŞƏRLƏNƏRƏK Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 04 noyabr tarixli ƏDALƏTSİZ hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdir. O, hazırda Qobustan Qapalı Tipli həbsxanada saxlanılır. Hüquqları kobud şəkildə pozulur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır