Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasında Amerika işğalçı rejiminin Təbəs səhrasındakı məğlubiyyətinin ildönümü qeyd edilib.
Bu münasibətlə ötən gecə Xorasan vilayətinin Təbəs bölgəsinin sakinləri şükür namazı qılıblar.
Xatırladaq ki, Hicri Şəmsi tarixi ilə, 1359-cu ildə belə bir gündə (miladi tarixi ilə 1970-ci il, 24 Aprel) ABŞ-ın sabiq prezidenti Karterin dönəmində Amerika silahlı qüvvələri ABŞ-ın İran İslam Respublikası tərəfindən ələ keçirtdiyi casuslarını azad etmək bəhanəsi ilə, Xorasan tərəfindən Tehrana hücuma keçməki planlaşdırmışdır. Lakin əməliyyat Təbəs səhralığında Allah Təalanın gözlənilmədən göndərdiyi qum tufanı ilə darmadağın edilmişdir.
Qeyd edək ki, yenicə qurulmuş İran İslam Respublikası bu hadisəni Qurani Kərimin Fil sürəsində Əbrəhənin Əbabil- qaranquşlar vasitəsi ilə başına gəldiyi hadisənin müasir dünyada təzahürü adlandırmışdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır