31 oktyabr 2026 - 14:22
Video \ Ruhullah Novruzzadə müraciət etdi: Sizi hər hansı bir ərizəyə qol çəkdirdikdə DİQQƏTLİ olun!

Ərizələrə imza atmamışdan öncə bunları o ərizəyə əlavə edin: 1...

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Son günlər məktəb direktorları İcra aparatının məmurları ilə birlikdə qapı-qapı gəzərək və ya valideynləri məktəbə çağıraraq ərizəyə qol çəkdirirlər ki,biz sənə bununla xəbərdarlıq etdik və s... Təbii ki bütün bunlar psixoloji təzyiqlərdir. Buna görə də ərizələrə imza atmamışdan öncə bunları o ərizəyə əlavə edin:

1-Məktəbli formaların nizamnaməsində zikr olunub ki, hər hansı bir xarici elementdən istifadə olunmasın və mən də övladıma məktəbli formasında hər-hansı bir xarici elementdən istifadə etməyi nə tövsiyə etmiş və nə də ki, bu işi görməyi qoymamışam və o da xarici elementdən istifadə etməyib. Övladımı məktəbli formasına tam uyğun şəkildə təmin edib məktəbə göndərirəm.

2- Mən övladımı təhsildən yayındırmıram, əksinə onu təhsilə həvəsləndirirəm və hər gün çalışıram ki, onu məktəbin önünə gətirib, dərsə yola salım. Amma təəssüf ki, məktəbdə buna imkan yaradılmır və şərait verilmir.

3- Əgər bu xəbərdarlıq buna görədir ki, “ey Valideyn! Siz övladınızı təhsildən yayındırdığınız üçün məsuliyyət daşıyırsınız”, xəbəriniz olsun ki, övladım bunu öz azad və şəxsi iradəsi ilə çeçib ki, mən İcab bağlamaq istəyirəm. Bəli mən məktəbdə də təhsil almaq istəyirəm amma hicabımdan da əl çəkmirəm və belə bir fikrim yoxdur.

Siz əgər bunlara görə məni məsuliyyətə çəkmək istəyirsinizsə bilin ki, mən belə bir iş görmurəm və bu məsuliyyət tam övladımın üstünədir. Və siz heç bir qanuni və hüquqi yollar ilə nə mənim övladımın başını aça və ya açdıra bilərsiniz və nə onu cərimələyə bilərsiniz və nə də ki, təhsildən yayındıra bilərsiniz. Əks təqdirdə sizin işiniz qanundan və hüquq çərçivəsindən kənardır və heç bir məntiqə sığışmır.

Sizin rəyiniz

You are replying to: .
captcha