Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 23 yaşlı Nilufər Rəhmani Əfqanıstan Hava Qüvvələrində xidmət edir.
O, 18 yaşında ikən Pilot Kollecinə daxil olur və iki il oxuduqdan sonra 2012 ci ildə bu məktəbi İkinci Leytenant rütbəsi ilə başa çatdırır.
Xanım Rəhmani intensiv təlim kurslarını keçdikdən sonra, ilk bir nəfərlik uçuşunu SİSNA 182 təyyarəsi ilə həyata keçirir. Hətta pilot zamanı belə Hicabına riayət edən Nilufər Rəhmani qırıcı təyyarələri idarə etməklə yanaşı hərbi avadanlıqları daşıyan yük təyyarələrini də idarə etmək qabiliyyətinə malikdir.
Beynəlxalq medialar Talibanın Əfqanıstanda süqutundan sonra bu ölkənin ilk hərbi təyyarələrini idarə edə bilən qadın pilotu elan ediblər.




Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır