5 aprel 2015 - 01:38
Keniyada üçgünlük matəm elan olunub

Bu gün Keniyada 147 tələbənin qətlə yetirilməsi ilə əlaqədar üçgünlük matəm başlanır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Keniyada üçgünlük matəm elan olunub

Bu gün Keniyada 147 tələbənin qətlə yetirilməsi ilə əlaqədar üçgünlük matəm başlanır.

Paytaxt Nayrobinin morqunda hələ ki 54 cəsəd qohumları tərəfindən tanınıb.

Aprelin 2-də Somali ilə həmsərhəd Qariss şəhərində “Əş Şabab” terror qruplaşmasının silahlıları universitet yataqxanasına hücum etmişdilər. Nəticədə 147 tələbə qətlə yetirilmiş, 79-u yaralanmışdı. Hadisə ilə əlaqədar 5 nəfərin saxlanıldığı bildirilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər