Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fransa xarici işlər naziri nüvə enerjisindən faydalanmaq üzrə İranın haqqını vurğulayıb
Səhər Byenəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Fransa xarici işlər naziri Loran Fabius cümə günü BMT-də mətbuat konfransında İran İslam İnqilabının Böyük Rəhbəri və İran prezidentinin İranın heç bir şəraitdə atom silahı ardınca olmayacağına dair sözlərinə toxunaraq əlavə edib: Bu, dəqiq Fransa dövlətinin İranın nüvə məsələsi qarşılığındakı siyasətidir.
Fabius deyib: İran sülhməramlı nüvə fəaliyyətlərində 100% nüvə enerjisindən faydalanmaq və istifadə etmək haqqına malikdir.
Fransa xarici işlər nazirinin sözlərinə görə, nüvə müzakirələrinin səbəbi bölgədə nüvə silahı rəqabətinin qarşısını almaq istiqamətində ölkələrin tələbidir.
Fabius deyib: Bu gecə İranla Altılar qrupu arasındakı nüvə müzakirələrində iştirak etmək məqsədilə Nyu-Yorku Lozan istiqamətində tərk edəcək.
Bu arada İsveçrənin Lozan şəhərində olan bir diplomat deyib: Əgər İran və 5+1 Qrupu ölkələri həll yollarının tapılması üzrə anlaşmaya çatarlarsa, bu anlaşma mütləq Cenevrədə BMT qərargahında elan olunacaq.
Bu diplomatın sözlərinə görə, bu anlaşma yekun anlaşmanın son dövrü deyildir. Əsaslı məsələlər üçün həll yolunun tapılmasıdır.
İranlı müzakirələr çərşənbə günündən Lozan şəhərindədirlər.
Lozan-2 kimi tanınan bu tur danışıqların şənbə günü sona çatacağı gözlənilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır