Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, “Səudiyyə Ərəbistanının Yəmənə hərbi təcavüzü ölkədəki böhranı daha da dərinləşdirəcək”
bu açıqlama ilə İran XİN sözçüsü Mərziyyə Əfxam çıxış edib. O, əməliyyatların dərhal dayandırılmasını tələb edib: “Səudiyyə Ərəbistanının Yəmənə hava hücumları bölgədə terrorizmin yayılmasına səbəb olacaq. Yəmənə qarşı hərbi təcavüz ölkədəki böhranı daha da dərinləşdirəcək”.
Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistan liderliyindəki 10 ölkədən ibarət koalisiya Yəməndə hərbi əməliyyatlara başlayıb
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır