Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yəmən Ənsarullah Xalq Hərəkatı bu ölkənin istefa vermiş prezidentinin ölkədən qaçdığını bildirib
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Yəmən Ənsarullah Xalq Hərəkatının sözçüsü Məhəmməd Əbdüsalam Əl-Minar informasiya kanalı ilə müsahibədə deyib: Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadi Ədən şəhərindəki mənzilindən qaçıb və onun taleyi indiyə qədər naməlumdur.
Əl-Əhd xəbər telekanalı da Yəmən dairələrinə istinadən bildirib ki, Mənsur Hadinin təyyarəsi Yəməni Cibuti istiqamətində tərk edib.
Belə bir halda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin diplomatik heyətləri də Ədən şəhərini tərk ediblər.
Həmçinin, Msirin Yəməndəki səfiri və bu ölkənin Ədən şəhərindəki konsulluğunun işçiləri Ədəni tərk ediblər.
Digər tərəfdən Yəmən ordusu xalq komitələrinin dəstəyi ilə cənubda yerləşən Ədən şəhərinə daxil olub və Mənsur Hadiyə bağlı bir qrup zabit, o cümlədən sabiq müdafiə naziri Mahmud Əl-Səbihi və Mənsur Hadinin qardaşı Nasir Hadini həbs edib.
Həmçinin Anadolu İnformasiya Agentliyi bildirib: Yəmənin istefaya getmiş baş naziri Xalid Əl-Bəhah Yəmənin xalq komitələri tərəfindən bir həftəlik ev dustaqlığından sonra Yəməni Amerika istiqamətində tərk edib.
Digər tərəfdən Yəmən xalq komitələri bu gün səhər Yəmənin cənubunda Ləhəc vilayətindəki Əl-Ənd hava bazasına nəzarəti ələ keçiriblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır