Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Aleppo şəhərinin şimalında Suriya ordusu pilotsuz kəşfiyyat təyyarəsini vurub.
Bu barədə informasiyanı İTAR-TASS agentliyi yayıb. Agentliyin məlumatına görə, pilotsuz təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsusdur.
Qeyd edək ki, bundan əvvəl, martın 17-də Suriya ordusu ABŞ pilotsuz təyyarəsini Latakiya limanı yaxınlığında məhv etmişdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır