Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Tehranın cümə namazı xətibi 5+1 Qrupu ilə nüvə müzakirələrində İranın nüvə müzakirəçi komandasının funksiyası və davranış üsulunu tamamilə ədalətli və məntiqli adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani Tehranın cümə namazı xütbələrində İsveçrənin Lozan şəhərində İran ilə Amerika və Amerikanın müttəfiqlərinin nüvə müzakirələri prosesinə toxunaraq deyib: İranın nüvə heyəti bu müzakirələrə ədalətli və məntiqli şəkildə daxil olmuşdur və Qərb də İranın bu xoşməramlılığını qəbul etməlidir.
Tehranın cümə namazı xətibi İranın nüvə fəaliyyətlərinin sülhməramlı olmasının isbatına və Tehranın heç vaxt atom silahı ardınca olmamasına dair İranın nüvə müzakirəçilərinin dəfələrlə olan təkidlərinə toxunaraq əlavə edib: Nüvə məsələsi İrana təzyiq üçün yalnız bir bəhanədir.
Ayətullah Müvəhhidi Kirmani Qərbin bəhanələri və İrana təzyiqdə məqsədinin, İran İslam İnqilabı ilə düşmənçiliklərinin davamı adlandırıb və deyib: İranın müzakirə komandası heç vaxt qarşı tərəfin tamahkarlığının altına girməyəcək və imperializmin zor dilindən danışması qarşısında İran xalqının hüquqlarını iqtidarla müdafiə edəcəkdir.
Tehranın buhəftəki cümə namazı xətibi həmçinin İraq ordusu və xalqının İŞİD terror qruplaşması qarşısındakı uğurlarına toxunaraq ümidvarlıq edib ki, bu qələbələr terrorçuların və əcnəbi ünsürlərin hamısının qovulmasına qədər davam edəcək.
Ayətullah Müvəhhidi Kirmani bəzi Amerika rəsmilərinin Qərbin Suriyadakı siyasətlərinin məğlubiyyətə uğramasına dair etirafları barədə də deyib: Qərblilər Suriya xalqı və onun qanuni hökumətinə qarşı müharibədə terrorçuları təchizatlandırmaq üçün çoxlu vəsaitlər xərcləmələrinə baxmayaraq, sonda məğlub oldular. Lakin onlar heç vaxt bu məğlubiyyətdən ibrət almayıblar və hələ də regionda öz müdaxilə və hərbçiliklərini davam etdirirlər.
Tehranın cümə namazı xətibi həmçinin region xalqlarının Amerikaya və onun müttəfiqlərinə qarşı artmaqda olan nifrətinə toxunaraq bildirib: İmperialist quruluş regon xalqlarına zülm etmək, qan tökmək, təcavüz və terrorçuları təchiz etməklə öz ekspansianist və soyğunçuluq məqsədlərinə nail ola bilməyəcəyini bilməlidir.
Ayətullah Müvəhhidi Kirmani sonda Bəhreyn xalqına müstəbidliklə mübarizədə azadlığa çatmağı arzulayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır