Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq ordusunun bir zabiti ABŞ ordusuna məxsus qırıcı təyyarələrin İraq ordusunun İŞİD terrorçuları ilə mübarizə aparmaqla məşğul olan hərbi qərargahlarından birini hədəfə alaraq, onlarla nəfəri öldürüb və yaralayıb.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, adının gizli qalmasını istəyən İraq ordusunun bir zabiti Fars Xəbər Agentliyi və Nahreyn.net informasiya portalının müxbirinə deyib ki, ABŞ qırıcıları 14-cü batalyonun 50-ci bölməsinə aid 2-ci alayın qərargahına hücum edib. Çərşənbə günü əl-Ənbar vilayətində baş verən bu hadisə zamanı İraq ordusunun təqribən 45 zabiti və əsgəri həlak olub, onlarla nəfər də yaralanıb. ABŞ qırıcıları səhər saat 10 radələrində həyata keçirdikləri bu əməliyyat zamanı İraq ordusunun qərargahını 2 ədəd raket ilə hədəfə alıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır