10 mart 2015 - 20:06
Allahşükür Paşazadə Qazaxıstan səfirini qəbul edib

Jumabayev isə A. Paşazadəyə bu ilin iyun ayında Qazaxstan prezidenti N. Nazarbayevin rəhbərliyi altında Astanada keçirilməsi nəzərdə tutulan Dünya və Ənənəvi Dinlərin Liderlərinin V qurultayına həmin qurultayın sədri Kasım-Jomart Tokayevin dəvət məktubunu təqdim edib. Səfir qeyd edib ki, Şeyxülislamın iştirakı qurultayın dəyərini artıracaq. Diplomat A. Paşazadənin bu dəvəti qəbul edəcəyinə ümidvar olduğunu bildirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayevi qəbul edib.

Məlumata görə, Şeyxülislam bu il Qazaxstanda keçiriləcək növbədənkənar prezident seçkiləri düzgün addım kimi qiymətləndirib və Nursultan Nazarbayevin həmin seçkilərdə qələbə qazanacağına əmin olduğunu bildirib.

QMİ sədri qardaş Qazaxstan xalqına sülh, əminamanlıq və tərəqqi arzulayıb.

Jumabayev isə A. Paşazadəyə bu ilin iyun ayında Qazaxstan prezidenti N. Nazarbayevin rəhbərliyi altında Astanada keçirilməsi nəzərdə tutulan Dünya və Ənənəvi Dinlərin Liderlərinin V qurultayına həmin qurultayın sədri Kasım-Jomart Tokayevin dəvət məktubunu təqdim edib. Səfir qeyd edib ki, Şeyxülislamın iştirakı qurultayın dəyərini artıracaq. Diplomat A. Paşazadənin bu dəvəti qəbul edəcəyinə ümidvar olduğunu bildirib.

Dəvətə görə təşəkkürünü bildirən QMİ sədri əmin olduğunu bildirib ki, Dünya və Ənənəvi Dinlərin Liderlərinin növbəti qurultayı yer üzündə sülh, siyasi istiqrar və əminamanlığın bərqərar olmasına mühüm töhvə verəcək.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər