Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Venesuela Birləşmiş Ştatlardakı səfirini geri çağırıb
Venesuela Vaşinqtonun bu ölkənin yeddi vətəndaşına qarşı sanksiya tətbiq etməsindən sonra ABŞ-dakı səfirini geri çağırıb.
"Report" xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri öz Twitter səhifəsində yazıb.
"Biz ABŞ-dakı işlər vəkilimiz Maksimilian Arvelası təcili məsləhətləşmə üçün geri çağırırıq", - deyə məlumatda bildirilir.
Bundan əvvəl Venesuela tezliklə ABŞ-ın milli təhlükə və yeni sanksiyaların tətbiq edilməsi haqqında bəyanatlarını cavablandıracağını vəd edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır