7 mart 2015 - 02:36
İraq ordusu Tikrit şəhərinə yaxınlaşır

İraq hökumət qoşunları “İŞİD” terrorçu qruplaşmasının nəzarəti altında olan Tikrit şəhərinə yaxınlaşır

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İraq hökumət qoşunları “İŞİD” terrorçu qruplaşmasının nəzarəti altında olan Tikrit şəhərinə yaxınlaşır

Artıq İraq hərbçiləri Tikritdən 10 km cənubda yerləşən əl-Dur şəhərinə daxil olublar.

Qeyd olunur ki, yollar boyunca “İŞİD”in qara bayraqlarını İraq bayraqları əvəz edir. Küçələrdə dinc sakinlər gözə dəymir, hərbçilər silahlıları təqib etməkdə davam edir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər