Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqda azğın İŞİD əleyhinə mübarizədə Könüllü Dəstələr gün bə gün ardıcıl naliyyətlər əldə edərək sələfi cinayətkarlarını işğal etdikləri əraziərdən geri çəkilməyə məcbur edirlər. Lakin belə bir sevindirici xəbərlərin eşidilən vaxtında Kürd Pişmərqə silahlı dəstələrin komandiri təcübləndirici bir açıqlama verərək, xalq kütləsindən ibarət Könüllü Dəstələr və İraq Şiələrinin Silahlı Qüvvələri ilə birlikdə İŞİD azğınlarına qarşı apardıqları mübarizəyə son qoyduğunu bildirərək elan edib ki, biz onlara Kürd Silahlıları ilə birlikdə mübarizə aparmağa icazə vermirik.
Kürd Pişmərgə silahlı dəstələrin komandiri Kəmal Kərküki “Rudava” Kürd mediasına verdiyi müsahibəsində bildirib: “Hazırda Huveycə məntəqəsini İŞİD-in əlindən azad etmək mərhələsindəyik. Bu bölgə daim Kürdüstan torpaqlarının bir hissəsi olub (!). Buna görə də, Şiələr Huveycə bölgəsinin cənubunda İŞİD-ə qarşı nəqədər mübarizə aparmaq istəyirlər aparsınlar. Lakin bu məntəqədə onlara İŞİD-ə qarşı mübarizə aparmaq imkanı verilməyəcək. (!)”
O, daha sonra deyib: “Həmçinin qeyd etməliyəm ki, vəziyyət düzəldikcə və İŞİD-in məntəqədən geri çəkildiyindən sonra Şiələr də, geri çəkilməli və torpaqlarımızı (!) yavaş yavaş tərk etməlidirlər.”
Qeyd edək ki, Kərkük əyaləti əzəldən İraq Azərilərinin (Şiələrinin) məkanı olmuşdur. Yaxın günlərdə bəzi xəbər agentlikləri İraq Kürdüstanının İŞİD məsələsindən suistifadə edərək İraq torpaqlarının daha çox hissəsini zəbt etmək niyyətində olduğunu və sonda Bağdaddan ayrılaraq “müstəqil” bir dövlət quracağını bildirmişdir.
Kürd Pişmərqə dəstələrinin komandiri Kəmalın belə bir açqlama verməsi qeyd olunan xəbərin dürüstlüyünü bir daha artırır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır